AZ

Birinci kurs tələbəsi dəm qazından zəhərləndi

Mingəçevirdə universitet tələbəsi dəm qazından zəhərlənib.

Avtosfer.az xəbər verir ki, hadisə Günəşli yaşayış massivində bir qrup tələbə gəncin kirayə yaşadığı evdə baş verib. Belə ki, 2007-ci il təvəllüdlü Hacıqabul rayon sakini Rzazadə Akif Xəqani oğlu dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb. Ətrafdakıların köməyi ilə zəhərlənən gənc xəstəxanaya çatdırılıb. Görülən ilkin tibbi müdaxilədən sonra onun durumu stabilləşib.

Qeyd edək ki, Akif Rzazadə Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

(unikal)

Seçilən
41
21
avtosfer.az

10Mənbələr