Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Canalı kəndində baş verib. Belə ki, orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımı tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatına görə, qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.