Qusar rayonunun Quxuroba kənd sakini dəm qazından zəhərlənib.
Gundem.az kənd sakini, 55 yaşlı Bədəl Kübər oğlu Əlimətov yaşadığı evdə dəm qazından zəhərlənib.
Dərhal rayon xəstəxanasına çatdırılan Əlimətovun həyatını həkimlər xilas edə biliblər. İlkin tibbi müdaxilədən sonra Bədəl Əlimətov reanimasiya şöbəsinə yerləşdirilib.