AZ

Muğla Milas-Bodrum hava limanında sərnişindaşıma 5 milyon nəfərə yaxınlaşıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin noyabr ayında Türkiyənin Milas-Bodrum Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 276 min 170 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 milyon 332 min 649 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 1 milyon 943 min 521 nəfər təşkil edib.

2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 45 min 551 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 19 min 606 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 25 min 945 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 7 faiz artaraq, 40 min 685 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 22 min 971, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 17 min 714 olub.

Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Seçilən
11
26
turkic.world

10Mənbələr