Bakı, TurkicWorld
2024-cü ilin noyabr ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 2 milyon 721 min 133 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyon 379 min 391 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 341 min 742 nəfər təşkil edib.
2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 27 min 294 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 20 min 520 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz artaraq, 6 min 774 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 11 faiz artaraq, 23 min 288 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz artaraq, 21 min 18, beynəlxalq reyslər üzrə isə 13 faiz azalaraq 2 min 270 olub.
Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.