Bakı. Trend:
2024-cü ilin noyabr ayında Türkiyənin Trabzon Hava Limanınagələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faizartaraq, 3 milyon 373 min 630 nəfər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyon 632 min 669nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz azalaraq 740 min 961nəfər təşkil edib.
2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 34 min 868 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 2 faiz artaraq, 22 min 136 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz azalaraq, 12min 732 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı iləmüqayisədə 5 faiz azalaraq, 23 min 940 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 17min 109, beynəlxalq reyslər üzrə isə 10 faiz azalaraq 6 min 831olub.
Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə4 milyon 560 min 816 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.