Bakı. Trend:
2024-cü ilin noyabr ayında Türkiyənin Diyarbakır Hava Limanınagələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faizartaraq, 1 milyon 990 min 786 nəfər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 835 min 529nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 155 min 257nəfər təşkil edib.
2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 19 min 280 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 7 faiz artaraq, 16 min 105 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 3min 166 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı iləmüqayisədə 1 faiz azalaraq, 12 min 89 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, 11min 10, beynəlxalq reyslər üzrə isə 18 faiz azalaraq min 79olub.
Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə4 milyon 560 min 816 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.