Bakı. Trend:
2024-cü ilin noyabr ayında Türkiyənin Qaziantep Hava Limanınagələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13faiz artaraq, 2 milyon 721 min 133 nəfər olub.
Trend-in xəbərinə görə, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyon 379 min 391nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 341 min 742 nəfərtəşkil edib.
2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 27 min 294 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 13 faiz artaraq, 20 min 520 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz artaraq, 6 min774 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı iləmüqayisədə 11 faiz artaraq, 23 min 288 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz artaraq, 21min 18, beynəlxalq reyslər üzrə isə 13 faiz azalaraq 2 min 270olub.
Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə4 milyon 560 min 816 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.