Samuxun Ziyadlı kəndində gənc qız dəm qazından boğulub.
Xezerxeber.az-ın məlumatına görə, kənd sakini, 18 yaşlı Fəridə Abbaszadə yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Goranboyda da iki nəfər dəm qazından zəhərlənib.
Hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. 20 yaşlı Ayşən Elyasova və 24 yaşlı Gülşən Bağırova yaşadıqları evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüblər. Hər iki qadın xəstəxanaya çatdırılıb. Görülən zəruri tibbi yardım sayəsində onların vəziyyəti stabilləşib. Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.