AZ

“Proseslər belə davam edərsə, müharibə İsrailin əleyhinə işləyəcək” – ŞƏRH

Yaxın Şərqdə HƏMAS-İsrail müharibəsi davam edir. Bir ay əvvəl başlayan qanlı müharibədə minlərlə insan həlak olub, on minlərlə adam yaralanıb. HƏMAS-ın başladığı həmlələrə raket zərbələri ilə cavab verən İsrail artıq Qəzza ərazisinə daxil olub və fələstinlilər öz ərazilərini müdafiə etməkdə davam edirlər. Faktiki olaraq Qəzzanı iki yerə bölən İsrail ordusu hərbi əməliyyatları davam etdirir. HƏMAS da İsrail ordusuna ciddi zərbələr vurur və dünən gün ərzində İsrail mövqelərinə minlərlə raket atılıb. Raketlər yaxın məsafədən atıldığından İsrailin hava hücumundan müdafiə qüvvələri hədəfi vura bilməyiblər.

Mövzunu KONKRET.az-a şərh edən konfliktoloq Elman Vəliyev bildirib ki, İsrail quru əməliyyatları keçirsə də, bu cür əməliyyatlarda onların təcrübəsi azdır:

“İsrail tərəfinin yaxşı casusluq və müasir silah arsenalı mövcuddur. Amma qarşı tərəfin döyüş praktikası çoxdur. Onlar çox yaxşı partizan müharibəsi edə bilirlər. Müharibə bir aydır gedir və İsrail tərəfinin faktiki üstünlüyü müşahidə olunmur. Bir dəfə quru əməliyyatı icra etdi, onda da məğlub olub geri çəkildi. Bundan sonra İsrailə dəstək gəlməsə və Hizbullah da HƏMAS-a, Əl Qassama dəstək göstərsə, müharibə İsrailin əleyhinə gedəcək. Bunlar baş verməsə, İsrail hava hücumu ilə Qəzzanı blokadada saxlayaraq dirənişləri qıracaq. Başqa bir variant isə müharibəyə 3 aktorun qoşulabilmə ehtimalıdır. Amma bu ehtimalın faiz dərəcəsi azdır. Hələ ki, proksi müharibə etmələri onlara sərf edir. Digər bir məsələ isə insanların miqrant vəziyyətə düşməsidir. Bura fələstinlilər də, israillilər də aiddir. Fələstinliləri müsəlman ölkələr, hətta Türkiyə qəbul edə bilər. Amma yəhudilərin gedəcəkləri yer yaxın coğrafiyada bir qədər məhduddur”.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
1090
50
konkret.az

10Mənbələr