EN

Türkiyənin Diyarbakır Hava Limanında sərnişin daşınması və yük daşınması xeyli artıb

2024-cü ilin noyabr ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 990 min 786 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 835 min 529 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 155 min 257 nəfər təşkil edib.

2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 19 min 280 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16 min 105 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 3 min 166 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 1 faiz azalaraq, 12 min 89 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, 11 min 10, beynəlxalq reyslər üzrə isə 18 faiz azalaraq min 79 olub.

Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Chosen
3
26
fins.az

10Sources