“HƏMAS ilk mərhələdə 30-a yaxın girovu İsrailə təhvil verməyə hazırdır” – KİV
“HƏMAS hərəkatı Qəzza zolağında girov saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb”. Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb. Bildirilib ki, HƏMAS 30-a yaxın israilli girovu, həmçinin bir neçə cəsəd təhvil verəcək: “Eyni zamanda HƏMAS gözləyir ki, İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbuslar da olacaq”.